
“Bayern”in müdafiəçisindən 20 milyon avro tələbi
Kanada millisinin və “Bayern”in müdafiəçisi Alfonso Deyvis potensial alıcılarına tələb irəli sürüb.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, kanadalı futbolçu 20 milyon avro maaş almaq istəyir. Ona iddialılar arasında “Real”, “Mançester Yunayted” və “Barselona” var.
Deyvisin Münhen klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
23 yaşlı müdafiəçi cari Bundesliqa mövsümündə 8 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 50 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin