“Bayern”in müdafiəçisi “Liverpul”un hədəfində

“Bayern”in müdafiəçisi Benjamin Pavar karyerasını “Liverpul”da davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, futbolçu ilə “Borussiya” (Dortmund), “İnter” və “Mançester Siti” də maraqlanır.

27 yaşlı fransalı futbolçu 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

Pavar bu mövsüm komandanın heyətində Bundesliqada 30 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button