“Bayern” cənubi koreyalı futbolçuya “qapını göstərib”

“Bayern” yay transfer dönəmində cənubi koreyalı müdafiəçi Kim Min Jaeni heyətdən uzaqlaşdırmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi artıq 28 yaşlı futbolçuya yeni komanda axtara biləcəyini bildirib.

“Bayern” Kim Min Jaenin yerini Leverkuzen “Bayer”indən ayrılacaq və sərbəst agent olacaq Co­natan Ta ilə doldurmağı planlaşdırır.

Kim Min Jae 2023-cü ilin yayında “Napoli”dən 50 milyon avroya transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button