“Bayern”in Keynlə bağlı planı
“Bayern” bu yay “Tottenhem”in hücumçusu Harri Keyni transfer etməyə ümid edir.
Komanda.az “Sky in Germany”-ə istinadən xəbər verir ki, Almaniya klubu 29 yaşlı futbolçu üçün qarşı tərəfə yeni təklif göndərmək istəyir. Premyer Liqa təmsilçisi isə forvardı satmağı düşünmür.
Danışıqlar uğursuz yekunlaşsa, “Bayern” Keyni 2024-cü ilin yayında azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır.
Keyn London klubunun yetirməsidir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Tottenhem”lə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin