“Barselona”nı çalışdırmaq istəyir – Millinin keçmiş baş məşqçisi

“Bayern”in keçmiş baş məşqçisi Hans-Diter Flik “Barselona”nı çalışdırmağa ümid edir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, alman mütəxəssis danışıqlara başlamazdan əvvəl “Barsa”da gələcək inkişafı müşahidə etmək istəyir.

Hazırda kataloniyalıların baş məşqçi postunu Xavi tutur. O, daha əvvəl bu mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.

59 yaşlı çalışdırıcının son iş yeri Almaniya millisi olub. Hans-Diter Flik ötən il millinin baş məşqçisi postunu tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button