“Bayern”in gözü hələ də Xavidədir
“Bayern”in hələ də transfer siyahısında yarımmüdafiəçi Xavi Simons var. O, keçən yay Vensan Kompaninin komandasına qoşulmaq əvəzinə “Leyptsiq”ə qayıtmağı seçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun idman direktoru Maks Eberl Simonsun transferinin yaxın gələcəkdə tamamlanacağına ümid edir.
Niderlandlı futbolçu müqavilə ilə PSJ-yə məxsusdur.
Simons Almaniya çempionatının yeni mövsümündə 2 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin