
“Bayern”in hücumçusu zədələndi
“Bayern”in futbolçusu Harri Keyn bir neçə gün məşqlərə qatıla bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Evdə Şotlandiyanın “Seltik” klubu ilə heç-heçə (1:1) etdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl ingiltərəli hücumçunun baldır əzələsində problem aşkarlanıb. O, bu səbəbdən qarşılaşmanın fasiləsində əvəzlənib.
31 yaşı forvard fevralın 23-də “Ayntraxt”a qarşı Bundesliqanın 23-cü turunun matçını buraxa bilər.
Keyn cari mövsümdə 31 matçda 29 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin