
“Bayern”in ehtiyat planı: Niderlandlı və fransalı futbolçu
“Leyptsiq”in futbolçusu Xavi Simons və “Çelsi”nin hücumçusu Kristofer Nkunku hələ də “Bayern”in transfer hədəfindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun idman direktoru Maks Eberl həm niderlandlı, həm də fransalı futbolçunun nümayəndələri ilə əlaqə saxlayır.
Hər iki oyunçu “Bayern” üçün əsas transfer hədəfi hesab olunmur. Onlarla bağlı konkret danışıqlar yalnız digər potensial transferlər baş tutmadığı halda başlaya bilər.
“Transfermarkt” portalı Xavinin dəyərini 70, Nkunkunu isə 35 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin