De Yonqu istəyir – Almaniya nəhəngi

“Bayern” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqla maraqlanır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Almaniya nəhəngi niderlandlı futbolçunu mövsümün sonunda geri göndərmək şərti ilə, sabit məbləğə icarəyə götürmək istəyir.

De Yonqla “Mançester Yunayted”in də yenə maraqlandığı bildirilir. İngiltərə klubunun yarımmüdafiəçini transfer etmək üçün yarışdan çıxmaq niyyəti yoxdur.

De Yonq satılarsa, “Barselona” onun yerinə “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı almağa çalışacaq.

Futbolçunun kataloniyalılarla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button