“Bayern” Xavi üçün 90 milyon avrodan keçməyə hazırdır
“Bayern” PSJ-nin yarımmüdafiəçisi Xavi Simonsla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu niderlandlı futbolçu uğrunda mübarizədə “Leyptsiq”i qabaqlayır. Hər iki klubun futbolçunu almaq öhdəliyi ilə icarəyə götürməyə hazır olduğu bildirilir. “Bayern” bir il ərzində 90 milyon avroya Simonsun tam transferini təşkil etməyə hazırdır.
21 yaşlı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında “Leyptsiq”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin