Almaniya klubu Leao üçün təklif göndərməyə hazırlaşır

“Milan”ın hücumçusu Rafael Leao “Bayern”in transfer siyahısına düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu yaxın günlərdə portuqaliyalı futbolçu üçün “Milan”a rəsmi təklif göndərməyə hazırlaşır.

Daha əvvəl yayılan xəbərlərə əsasən, “Milan” Leaonun transferi üçün 120-130 milyon avro aralığında təklifləri nəzərdən keçirməyə hazırdır.

25 yaşlı hücumçu son mövsümdə bütün turnirlərdə 50 oyuna çıxaraq, 12 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button