
Almaniya klubunun gözü “Barselona”nın qapıçısındadır
“Bayern” Manuel Noyerin yerinə yeni qapıçı axtarır.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Almaniya millisinin və “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Münhen klubunun maraq dairəsindədir.
“Barselona” yüksək maaşı səbəbindən 32 yaşlı futbolçunu satmağı düşünə bilər. Ter Stegenin hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir və onun transfer dəyəri 28 milyon avro qiymətləndirilir.
Ter Ştegen İspaniya çempionatının cari mövsümündə 5 oyun keçirib, 4 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin