“Bayern”in futbolçusu üçün mövsüm bitdi

“Bayern”in vingeri Serj Qnabri Çempionlar Liqasının yarımfinalının “Real”la cavab matçında (1:2) zədələnərək əvəzlənib. 

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Bayern” 28 yaşlı futbolçunun müayinəsinin nəticəsini açıqlayıb. Qnabrinin sol budunun arxasındakı bağı cırılıb. O, bu mövsümün qalan matçlarında oynamayacaq.

Bundan əvvəl mətbuatda Qnabrinin Almaniya millisində 2024-cü il Avropa çempionatını buraxma ehtimalının yüksək olduğu barədə məlumatlar yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button