“Bayern”in futbolçusu ağrıdan əziyyət çəkir

“Bayern”in müdafiəçisi Kim Min Jae artıq bir neçə aydır ki, ağrıdan əziyyət çəkir.

Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun daban vətərindəki şiddətli ağrılar onu meydanda çətin vəziyyətə salıb. Nəticədə, onun hər matçda əsas heyətdə olması məqsədəuyğun deyil.

Cənubi koreyalı oyunçu oktyabrda Frankfurt “Ayntraxt”ı ilə oyundan bəri diskomfortla çıxış edir. O, bu mövsüm “Bayern”in heyətində 33 matçda meydana çıxıb və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button