Həyat yoldaşından Müllerin karyerasını dəyişən qərar

“Bayern”in futbolçusu Tomas Müllerin 2015-ci ildə “Mançester Yunayted”ə keçmək şansı olub.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Lui van Qal Almaniya mətbuatına açıqlamasında deyib. O, 2015-ci ildə “Bayern”dən Mülleri transfer etməyə çox yaxın olduqlarını söyləyib.

Keçidin baş tutacağı halda, “Bayern” 100 milyon, Müller isə illik 20 milyon avro qazanacaqmış. Müllerin həyat yoldaşı Liza Müller oyunçunun ölkə xaricinə keçməsinə mane olub. O, həyat yoldaşının Almaniyada karyerasına davam etməsini istəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button