“Bayern”in futbolçusu sıradan çıxıb
“Bayern”in heyətində ciddi itki baş verib.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi Kinqsli Koman sıradan çıxıb. Fransalı vinger Almaniya Bundesliqasının 19-cu turunun “Auqsburq”la matçında (3:2) zədələnib.
27 yaşlı futbolçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Koman bu mövsüm “Bayern”in heyətində meydana çıxdığı 24 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin