
Levandovski Herd Müllerin rekordunu qırdı
“Bayern”in futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.
Komanda.az “Opta”ya istinadən xəbər verir ki, Bundesliqasının 17-cu turunun “Volfsburq”la matçında (4:0) fərqlənən polşalı hücumçu bir təqvim ilində ölkə çempionatında vurduğu qolların sayını 43-ə çatdırıb. O, bu göstəricidə mərhum alman hücumçu Herd Müllerin rekordunu qırıb.
Müller “Bayern”in heyətində 1972-ci ildə bir təqvim ilində 42 qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin