Levandovski: “Göstərdik ki, üç xal almağa gəlmişik”

“Bayern”in futbolçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsində “Barselona”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, polşalı hücumçu, 3:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Qələbə üçün gəlmişdik. “Barselona” “Kamp Nou”da hər zaman təhlükəlidir. Oyunu 90 dəqiqə nəzarətdə saxladıq və göstərdik ki, üç xal almağa gəlmişik”.

Levandovski bu matçda komandasının iki qolunun müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button