“Bayern”in futbolçusu İtaliya klubunda – Rəsmi
“Bayern”in yarımmüdafiəçisi Ariyon İbrahimoviç sonradan almaq şərti ilə icarə əsasında “Latsio”ya keçib.
Komanda.az İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı futbolçu yeni komandasında 27 nömrəli formanı geyinəcək.
Daha əvvəl media satın alma variantının 8 milyon avro olacağı barədə məlumat vermişdi.
19 yaşlı oyunçu Almaniya Bundesliqasının cari mövsümündə cəmi 1 matçda meydana çıxıb. O, həmçinin Almaniya kubokunda və UEFA Çempionlar Liqasında da bir oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin