“Bayern”in futbolçusu “Qalatasaray”da
Yarımmüdafiəçi Eyüp Aydın “Bayern”dən “Qalatasaray”a keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk əsilli almaniyalı futbolçu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Transfer məbləği 250 min avro olub.
Yeni mövsümdə futbolçunun maaşı illik 6,9 milyon türk lirəsi olacaq, müqavilənin ikinci ilində 9,345 milyon, üçüncü ilində isə 10 milyona yüksələcək.
19 yaşlı yarımmüdafiəçi 2022/23 mövsümündə “Bayern”in ikinci komandasında 24 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin