“Bu kluba lazım olduğumu başa düşdüm” – Süle

“Bayern”in futbolçusu Niklas Süle “Borussiya”ya (Dortmund) keçidi haqda danışıb.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, yeni mövsümdən Dortmund təmsilçisinin uğurları üçün çalışacaq müdafiəçi, transferi ilə bağlı bunları deyib:

“Son zamanlarda karyeramla bağlı çoxlu söz-söhbətlər gəzirdi. Bir neçə həftə əvvəl “Borussiya”ya keçmək qərarına gəldim. Danışıqlardan sonra mənimlə ciddi maraqlandıqlarını hiss etdim. Bu kluba lazım olduğumu başa düşdüm”.

Süle “Borussiya” ilə müqavilə imzalayıb. O, yayda yeni komandasına qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button