“İnter”in əsas hədəfi: “Bayern”in müdafiəçisi

“Bayern”in müdafiəçisi Kin Min Jae yay transfer pəncərəsi üçün “İnter”in prioritet hədəfidir.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu Stefan de Vrij komandadan ayrılacağı təqdirdə, Milan klubu bütün diqqətini cənubi koreyalı oyunçunu transfer etməyə yönəldəcək.

27 yaşlı müdafiəçinin İtaliya çempionatında oynamaq təcrübəsi var. Belə ki, o, Bundesliqaya keçməzdən əvvəl “Napoli”də çıxış edib.

Cənubi koreyalı futbolçu ötən mövsüm 36 matçda iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Onun bazar dəyəri 45 milyon avro qiymətləndirilir və hazırkı klubuyla müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button