“Çelsi”nin əsas hədəfi – “Bayern”in müdafiəçisi

“Çelsi” sol cinah müdafiəsini gücləndirmək üçün namizədləri müəyyənləşdirib. 

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi üçün arzu olunan transfer “Bayern”in müdafiəçisi Alfonso Deyvisdir.

Bununla belə, klub rəhbərliyi kanadalı futbolçunun alınmasının problemli olacağını anlayır. Səbəb isə Münhen klubunun onu buraxmamasıdır. Lakin ingilislər ən yüksək təklifi irəli sürəcəklər ki, Deyvisin keçidini həll etsinlər.

Deyvis bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button