İngiltərənin iki klubu “Bayern”in futbolçusu üçün hərəkətə keçib

“Bayern”in yarımmüdafiəçisi Aleksandr Pavloviç İngiltərə Premyer Liqası klublarının maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” və “Mançester Yunayted” 21 yaşlı futbolçuyla vasitəçilər vasitəsilə əlaqə saxlayıblar. Lakin “Bayern” rəhbərliyiylə hələ danışıqlar aparılmayıb və yarımmüdafiəçinin özü də Münhen klubundan ayrılmağı düşünmür.

Pavloviçin “Bayern”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button