“Bayern”in futbolçusu bunu ilk dəfə yaşadı
Almaniya millisinin yarımmüdafiəçisi Leroy Sanenin Avstriya yığması ilə yoldaşlıq görüşündə (0:2) meydandan qovulması futbolçu üçün bütün peşəkar karyerasında ilk hadisə olub.
Komanda.az xəbər verir ki, 27 yaşlı Sane 59-u millinin heyətində olmaqla ümumilikdə 402 oyun keçirib. Yarımmüdafiəçi “Bayern”də 151, “Mançester Siti”də 135, “Şalke”də isə 57 oyuna çıxıb.
İkinci hissənin əvvəlində almaniyalı futbolçu emosiyalarını saxlaya bilməyib və avstriyalı müdafiəçi Filip Mvenenin üzünə zərbə endirib. Bundan sonra o, bu hərəkətinə görə qırmızı vərəqə alıb.
Sane bu mövsüm Bundesliqada 11 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. O, 2020-ci ildən Münhen klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin