“Bayern”in futbolçusu AÇ-2024-ü buraxacaq – Zədəyə görə

“Bayern”in vingeri Serj Qnabri zədə səbəbindən 2024-cü il Avropa çempionatında Almaniya millisində oynamayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu Çempionlar Liqasının yarımfinal görüşündə sıradan çıxıb. Həmin matç “Real”ın 2:1 qələbəsi ilə başa çatıb.

Almaniya millisinin tam heyəti bu gün məlum olacaq.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Avropa çempionatının son qalibi İtaliya komandasıdır. Almaniya millisi AÇ-2024-də A qrupunda Şotlandiya, Macarıstan və İsveçrə ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button