“Bayern”in futbolçusu 6 həftəlik sıradan çıxdı

“Bayern”in müdafiəçisi Saşa Boe yenidən zədələnib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu ayaq əzələsindən xəsarət alıb.

Onun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Xatırladaq ki, “Bayern” 23 yaşlı futbolçunu qış transfer pəncərəsi zamanı “Qalatasaray”dan transfer edib. O, zədə səbəbindən Münhen klubunda cəmi 2 Bundesliqa matçında meydana çıxıb.

“Bayern” daha öncə qapıçısı Manuel Noyerin də Almaniya yığmasından zədəli qayıtdığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button