
“Bayern” Flikə güvənmir
“Bayern” Hans-Diter Flikin baş məşqçi təyin olunmasına şübhə ilə yanaşır.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi 59 yaşlı mütəxəssisin komandanı yenidən qurmaq üçün yararlı olduğuna əmin deyil.
Almaniya millisinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında uğursuz çıxışından sonra Flikin reputasiyası zədələnib.
“Bayern”in Fliklə birbaşa əlaqəsi olmayıb.
Hazırkı baş məşqçi Tomas Tuxel mövsümün sonunda “Bayern”dən ayrılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin