
“Yuventus”u Bundesliqa nəhənginə dəyişə bilər
“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi “Bayern”in diqqət mərkəzindədir. Münhen təmsilçisi onun keçidini rəsmiləşdirmək niyyətindədir.
28 yaşlı futbolçunun “qoca sinyora” ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir.
Rabyo cari mövsümdə Turin təmsilçisinin heyətində 46 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin