
“Bayern”ə keçdi, “xoşbəxtəm” dedi
Kolumbiyalı futbolçu Luis Dias “Liverpul”dan “Bayern”ə keçidi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni komandasına kömək etmək arzusunda olduğunu bildirib:
“Mən çox xoşbəxtəm. “Bayern”in bir hissəsi olmaq mənim üçün çox şey deməkdir. Bu, dünyanın ən böyük klublarından biridir. Məqsədim mümkün olan bütün titulları qazanmaqdır. Komanda olaraq hər gün bunun üzərində çalışacağıq”.
Münhen klubu bu gün kolumbiyalı futbolçunun transferini rəsmən təsdiqləyib. Transfer məbləği 70 milyon avro olub. Tərəflər 2029-cu ilin yayına kimi olan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin