“Bayern” fransalı futbolçu üçün 100 milyon avro təklif edə bilər

PSJ-nin yarımmüdafiəçisi Bredli Barkolanın karyerasını Almaniya çempionatında davam etdirmək variantı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı vingerin xidmətində “Bayern” maraqlıdır.

Münhen klubunun rəhbərliyi 2025/26 mövsümünə qədər güclənmək istəyir. Onlar Barkolanın transferi üçün 100 milyon avro təklif etməyə hazırdırlar.

22 yaşlı futbolçunun parislilərlə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna kimidir. O, bu mövsüm Liqa 1-də 26 oyun keçirib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button