İkinci olmaqdansa… – Klubu tərk edə bilər

İsveçrəli qapıçı Yan Sommer 2022/23 mövsümünün sonunda “Bayern”i tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun çalışdırıcısı Tomas Tuxel 37 yaşlı qolkiper Manuel Noyeri zədəsini sağaltdıqdan sonra əsas heyətə qaytarmaq fikrindədir.

Güman edilir ki, Sommer ikinci qapıçı kimi komandada qalmaqdan imtina edəcək.

34 yaşlı futbolçu bu ilin yanvarında “Borussiya”dan (Münhenqladbax) “Bayern”ə keçib. O, Münhen təmsilçisinin heyətində 20 oyuna çıxıb, 26 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button