
“Real”a keçə bilər – 40 milyon avroya
“Bayern”in müdafiəçisi Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “kral klubu” 22 yaşlı futbolçunun transferində iddialıdır. Madrid klubu kanadalı oyunçunu gələn il 40 milyon avroya almaq istəyir.
Deyvis bu mövsüm Bundesliqada 7 matç keçirib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin