“Bayern”də yeni idman direktoru

50 yaşlı futbol funksioneri Maks Eberl “Bayern”in idman direktoru vəzifəsinə təyin edilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 2027-ci ilə qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Münhen klubunda idman direktoru vəzifəsi 2023-cü ilin may ayından, bosniyalı mütəxəssis Hasan Salihamiciçin bu vəzifədən qovulmasından sonra boş idi. Maks Eberl 2023-cü ilin yanvar-sentyabr aylarında “Leyptsiq”in idman direktoru olub. Bundan əvvəl o, 23 il Münhenqladbax “Borussiya”sında çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button