Naqelsmann milliyə rəhbərlik edəcək – Razılaşıblar
“Bayern”in sabiq baş məşqçisi Yulian Naqelsmann Almaniya millisinə rəhbərlik etməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Futbol Federasiyası Naqelsmannla şifahi razılığa gəlib.
Məlumatda bildirilir ki, 36 yaşlı mütəxəssisin millidəki maaşı ötən ilin martında tərk etdiyi “Bayern”də aldığı məvacibdən qat-qat az olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin