Mane bu matçı da buraxacaq

“Bayern”in hücumçusu Sadio Mane UEFA Çempionlar Liqasının 1/8 finalının PSJ ilə ilk oyununu buraxacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı seneqallı həmin qarşılaşmaya qədər zədəsini bərpa edə bilməyəcək.

Mane 2022-ci ilin 8 noyabrında Almaniya Bundesliqasının 14-cü turunun “Verder”lə matçında zədələnib. Futbolçu DÇ-2022-də Seneqal millisinə də kömək edə bilməyib.

PSJ – “Bayern” cütünün ilk qarşılaşması fevralın 15-də Parisdə, cavab oyunu isə martın 9-da Münhendə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button