“Bayern”də koronavirusa yoluxan futbolçuların sayı 9-a çatdı
Almaniya “Bayern” klubunda koronavirusa yoluxanların sayı artıb.
Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Son olaraq yarımmüdafiəçi Alfonso Deyvisin COVID-19 testinin nəticəsi müsbət çıxıb. Xəstəliyi simptomsuz keçirən 21 yaşlı oyunçu evində təcrid olunub.
Daha öncə “Bayern”də daha 8 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin