“Bayern”dən zədələnən Keynlə bağlı açıqlama

“Bayern”in hücumçusu Harri Keyn şənbə günü Dortmund “Borussiya”sı ilə Almaniya Bundesliqasında keçirilən səfər oyununda (1:1) zədə alıb.

Komanda.az klubun rəsmi saytına istinadan xəbər verir ki, Keynin tibbi müayinəsi nəticəsində sağ bud əzələsinin kiçik dartılması aşkar edilib. 31 yaşlı forvardın nə vaxta sağalacağı açıqlanmayıb.

Cari mövsümdə 19 rəsmi oyunda iştirak edən Keyn, 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button