
“Bayern”dən yeni transfer – Rəsmi
“Bayern” yeni transferini açıqlayıb.
Komanda.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi Rafael Gerreyro ilə müqavilə imzalanıb.
30 yaşlı oyunçunun müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Gerreyro 2016-cı ildən “Borussiya”da (Dortmund) çıxış edib. O, 2022/23 mövsümündə 36 oyuna çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib.
Rafael Portuqaliya millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin