
Uilyams Bundesliqa klubuna keçə bilər – 58 milyon avroya
“Atletik”in və İspaniya millisinin yarımmüdafiəçisi Niko Uilyams Almaniya Bundesliqasına transfer oluna bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
22 yaşlı futbolçunun xidmətində “Bayern” maraqlıdır. Potensial transferin 58 milyon avro ola biləcəyi bildirilir.
Uilyamsın Bilbao təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər qüvvədədir. “Transfermarkt” portalı onun dəyərini 70 milyon avro qiymətləndirir.
İspaniyalı oyunçu cari La Liqa mövsümündə 28 oyunda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin