10 milyon avroluq maaşa razı deyil

Almaniyanın “Bayern” klubu hücumçusu Serj Qnabriyə illik 10 milyon avroluq maaşla müqaviləsinin uzadılmasını təklif edib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Qnabri “Bayern”lə yeni təklifdən sonra da razılığa gələ bilməyib.

Onun “Bayern” lə müqaviləsi gələn mövsümün sonunda başa çatır.

Futbolçu “Bayern”də olduğu müddətdə 171 oyunda iştirak edib, 64 qol vurub və 40 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button