“Bayern”dən Pavarla bağlı yeni qərar
“Bayern” futbolçusu Benjamin Pavarla bağlı yeni qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub onu heyətdə saxlayacaq. Münhenlilər bu səbəbdən “İnter”lə danışıqları dayandırıb.
Fransalı müdafiəçi 2019-cu ildən Bundesliqa klubunda çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. Pavar 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb və yeddi qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin