
“Liverpul” “Bayern”in 67,5 milyon avroluq təklifini rədd edib
“Bayern” “Liverpul”un kolumbiyalı futbolçusu Luis Dias üçün 67,5 milyon avro dəyərində təklif irəli sürüb.
Komanda.az xəbər verir ki, bu barədə “The Atletik” nəşri məlumat yayıb.
“Liverpul” bu təklifi dərhal rədd edib. Mersisayd təmsilçisi 28 yaşlı vingeri komandada saxlamaq niyyətindədir və onu 100 milyon avro dəyərində qiymətləndirir.
Bununla belə, Diasın özü klubdan ayrılmaq istədiyini bildirib. O, son mövsümdə Premyer Liqada 36 oyuna çıxaraq, 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



