
“Bayern”dən ayrılır, PSJ-yə keçir
“Bayern”in müdafiəçisi Luka Hernandes PSJ-nin futbolçusu olmağa yaxındır.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, klublar arasında danışıqlar müsbət istiqamətdə gedir və transferin məbləği 35-40 milyon avroya çata bilər.
27 yaşlı müdafiəçinin “Bayern”lə müqaviləsi gələn ilin yayında başa çatacaq.
Hernandes ötən mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2019-cu ildən Almaniya klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin