
“Bayern”dən yeni transfer – Rəsmi
“Bayern” “Tottenhem”dən müdafiəçi Erik Dayerin keçidini tamamlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu ilə 2024-cü il iyun ayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
İngiltərə millisinin üzvü Münhen klubunda 15 nömrəli formanı geyinəcək.
29 yaşlı futbolçu 2015-ci ildən İngiltərə millisinin də üzvüdür. Erik həmçinin 2018 və 2022-ci il dünya çempionatlarında, eləcə də AÇ-2016-da iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin