“Bayern”də yeni müqavilə

“Bayern” yarımmüdafiəçisi Ariyon İbrahimoviçlə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçunun yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Kosovo əsilli almaniyalı oyunçu ötən mövsüm icarə əsasında “Frozinone”də çıxış edib və 18 matçda 2 qol vurub.

“Bayern” sabiq futbolçusu, “Qroyter Fyurt”un hücumçusu Armindo Zibi də transfer edib. Amma Münhen klubu onu dərhal icarəyə verib. 21 yaşlı almaniyalı futbolçu qarşıdakı 2 mövsümü icarə əsasında “Maynts”da keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button