
“Bayern”də yeni müqavilə
“Bayern” klubu qapıçısı Aleksandr Nübellə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilənin müddətini uzadıb.
Komanda.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperlə 2029-cu ilin yayına kimi olan müqavilə imzalanıb.
Nübel hazırda icarə əsasında Almaniyanın digər klubu “Ştutqart”da çıxış edir. O, cari mövsümdə keçirdiyi 29 oyunda 34 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin