
“Bayern”də yeni müqavilə
“Bayern” mərkəz müdafiəçisi Erik Dayerlə müqaviləni uzadıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə yeni müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.
Münhen klubu Dayeri 2024-cü ilin yanvarında “Tottenhem”dən icarəyə götürüb. O, bu mövsüm Almaniya klubunun heyətində 7 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin