“Bayern”də vacib görüş

“Bayern” rəhbərliyi komandanın hücumçusu Tomas Müllerlə danışıb, onun klubdakı gələcəyini müzakirə edib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, “Bayern”in baş direktoru Oliver Kan, idman direktoru Hasan Salihamiciç və klub prezidenti Herbert Hayner Müllerin komandanı tərk edə biləcəyi ilə bağlı deyilənlərə aydınlıq gətirmək üçün onunla görüşüblər.

Görüş zamanı “Bayern” rəhbərliyi Müllerə klubun bundan sonra da ona arxalanacağını açıqlayıb. Münhen klubunun rəhbərliyi alman hücumçunu əmin ediblər ki, onun komandada karyerasını rekordçu kimi bitirməsini istəyirlər.

34 yaşlı Müllerin “Bayern”lə 2024-cü ilə qədər müqaviləsi var.

Bundan əvvəl mətbuatda futbolçunun baş məşqçi Tomas Tuxeldən narazı olduğu, komandadan mümkün gedişi barədə söz-söhbətlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button