Qalmaq üçün maaşının azaldılmasına da razıdır

“Bayern”in vingeri Serj Qnabri komandada qalmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu klubla yollarını davam etdirmək üçün maaşının azaldılmasına da razıdır. O, özünü “Bayern”də evindəki kimi hiss edir.

Rəhbərlik ona müqavilənin müddətinin uzadılması üçün müraciət etsə, böyük məmnuniyyətlə danışıqlara başlayacaq.

Qnabri Münhen təmsilçisinin heyətində 2017-ci ildən çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 10 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Almaniyalı futbolçunun hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button